Həkimlər şoka düşdü - Yaşlı qadın illərdir beynində iynə ilə yaşayıb
Rusiyada 80 yaşlı qadın bütün həyatı boyu beynində təxminən 3 santimetrlik iynə ilə yaşayıb.
Demedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tez-tez baş ağrılarından şikayətlənən qadın müayinə edilən zamanda beynində 3 sm-lik iynə olduğu aşkarlanıb. Həkimlər qadının beynindən iynənin çıxarılmasının riskli olduğunu bildiriblər. Qeyd edilib ki, hazırkı durumda onun sağlamlığı üşün heç bir təhlükə yoxdur.
Bahadur Seyidov