Qərb ona qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışır - Putin



 17:12 06.10.2023     335

Rusiya Prezidenti Vladimir Putin Qərbin ona qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışdığını bəyan edib və Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu deyib.

Demedia.az xəbər verir ki, Putin bildirib ki, Hindistan administrasiyası müstəqil şəkildə öz millətinin maraqlarına uyğun siyasət yürüdür. Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu vurğulayan Putin Hindistanın baş nazir Narendra Modinin rəhbərliyi altında getdikcə daha da gücləndiyini qeyd edib.

Putin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyinə diqqət çəkib və Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrin qurumda daha çox təmsil olunmağa layiq olduğunu bildirib.

Bahadur Seyidov