Rusiya Krıma hücuma cəhd edən Ukraynanın dəniz vasitəsini məhv etdi



 16:42 06.10.2023     293

Rusiya Müdafiə Nazirliyi Krım yarımadasına doğru irəliləyən Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsini məhv etdiklərini açıqlayıb.

Demedia.az xəbər verir ki,  pilotsuz dəniz vasitəsi Qara dənizdə məhv edilib. Açıqlamada, Krım yarımadasına doğru irəliləyən Ukrayna Silahlı Qüvvələrinə aid pilotsuz dəniz gəmisinin Qara dənizin şimal-qərb hissəsində patrul uçuşu həyata keçirən Rusiya Qara Dəniz Donanmasının Ka-29 hərbi vasitəsi tərəfindən müəyyən edilib.

Rusiya ordusunun cavab tədbirləri nəticəsində pilotsuz dəniz vasitəsi məhv edilib.

Bahadur Seyidov