"Beşiktaş"da Şenol Güneşin yerinə o gətirilir



 19:00 06.10.2023     552

"Beşiktaş"da Luqano məğlubiyyətindən sonra rəhbərlik növbədənkənar konqres keçirmək qərarına gəlib və baş məşqçi Şenol Günəş istefa ərizəsini təqdim edib.

Demedia.az xəbər verir ki, Şenol Günəşin istefa qərarından sonra Rıza Çalımbay adı gündəmə gəlib.

"Beşiktaş"ın əfsanəvi adı Rıza Çalımbay açıqlamalar verib: "Hazırda hər şey təzədir. Mənə gələn heç bir təklif yoxdur. Ancaq təklif gəlsə, hər zaman işə hazıram".

Rıza Çalımbay 2004-2005 mövsümündə Visente Del Boskenin boşaldığı məşqçi vəzifəsinə təyin edilib. "Beşiktaş"ın baş məşqçisi kimi 31 matçda meydana çıxan Rıza Çalımbay orta hesabla 2,00 xal toplayıb. Bu müddətdə Rıza Çalımbayın çalışdırdığı “Beşiktaş” 18 qələbə, 5 məğlubiyyət və 7 heç-heçə edib.

Aysun / Demedia.az