Lionel Messi üçün transfer iddiası! - Təklif hazırlanır



 20:02 06.10.2023     705

PSJ-dən ayrılaraq karyerasını MLS komandası "İnter Mayami"də davam etdirən Lionel Messi üçün transfer iddiası qaldırılıb.

Demedia.az xəbər verir ki, PSJ ilə əlaqələri kəsən Lionel Messi ABŞ təmsilçisi "İnter Mayami"yə transfer olunub. Mövsümə çox sürətli başlayan argentinalı futbolçu vurduğu qollarla artıq liqada iz buraxıb. Performansı ilə adından söz etdirən Messi ilə bağlı diqqətçəkən inkişaf olub.

Lionel Messi bu mövsüm yeni komandası ilə ümumilikdə 12 rəsmi oyuna çıxıb. Ulduz futbolçu sözügedən qarşılaşmalarda 11 dəfə rəqib qapısını silkələməyi bacardığı halda, 5 dəfə də komanda yoldaşlarına qol ötürməsi edib.

Dünya ulduzu Lionel Messi ilə bağlı təəccüblü hadisə yaşanıb. Sportfm.az xəbər verir ki, "İnter Mayami"nin MLS-in pley-off mərhələsində iştirak edə bilməyəcəyi təqdirdə, "Barsa"nın yanvarda Messiyə icarə təklifi göndərəcəyi bildirilib.

Aysun / Demedia.az