Rusiya Cənubi Kiprə nota verdi



 23:14 06.10.2023     289

Rusiya Cənubi Kipr administrasiyasına rusiyalı jurnalistin saxlanılması və rus diplomatın yaralanması ilə bağlı nota göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Cənubi Kipr Administrasiyasının Moskvadakı nümayəndəsi Kipros Yorqalis nazirliyə çağırılıb.

Açıqlamaya görə, Rusiyanın notası “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyukun Cənubi Kipr Rum İdarəsində saxlanılması və Rum Səfirliyində çalışan diplomatın təhlükəsizlik qüvvələri tərəfindən yaralanması səbəbindən Yorqalisə çatdırılıb.

Bahadur Seyidov