Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefonla danışıb



 23:24 06.10.2023     281

Türkiyənin ​Xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

Demedia.az xəbər verir ki, görüşdə Fidan ABŞ-ın Suriyanın şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalı olduğunu vurğulayıb. Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, Fidan qeyd edib ki, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatları qətiyyətlə davam edəcək.

Görüş zamanı Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı ABŞ qüvvələri ilə Türkiyə ordusu arasında olan gərginliyi azaltma mexanizmi də gündəmə gətirilib.

Bahadur Seyidov