Uşağınızda SİDİK QAÇIRMA problemi varsa... - Valideynlər diqqətli olun! - Video



 10:04 09.10.2023     2975

Gecə sidiyi qaçırma, uşaqlarda sıx görülən problemdir. Uşaqlar arasında gecə enurezinin baş verməsi 15-20% hallarda müşahidə edilir.

Struktur (Anatomik) və nevroloji pozqunluğu olmayan bir uşaq orta hesabla 2,5 yaşında sidiyini tutmağı, ehtiyacı gələndə xəbər verməyi və köməkli ya da köməksiz tualetə işəməyi öyrənməyə başlayır. Uşaqlarda əvvəl gecə bağırsaq, sonra sıra ilə gündüz bağırsaq, gündüz sidik və gecə sidik kontrolları qazanılır. Ümumi olaraq 2 yaşa qədər gündüz, 4 yaş sonuna qədər da gecə sidik kontrolları qazanılmış olur. Gecə enurezinin baş verməsinə genetik və ailə faktorların təsiri tam müəyyən edilməyib, lakin bilinir ki, valideynlərin birində uşaqlıqda enurezin olması, onun uşaqlarında enurezin baş vermə riskini artırmış olur.

Uroloq, Androloq, Uroonkoloq Rüfət Əsədbəyli mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Uroloq, Androloq,Uroonkoloq Rüfət Əsədbəyli "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az