Sağlam qidalanmaq istəyənlər izləsin! - Bu qidalar BAHALI DEYİL! - Video



 10:09 09.10.2023     599

Qidalanma orqanizminəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizmdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur.

Düzgün qidalanma mövcud olmağın zəruri şərtlərindən biridir və bizim fiziki orqanlarımızın fəaliyyətində vacibdir. Sağlam qidalanma təbliğatına düzgün yanaşma ona görə lazımdır ki, hər bir insan qidalanmada düzgün sərbəst seçim etməyi öyrənsin. Sağlam qidalanma seçimi üzrə ümumi qaydalar bütün yaş kateqoriyalarına, həmçinin iki yaşdan başlayaraq uşaqlar üçün tətbiq edilir. Sağlam balanslaşdırılmış rasionun dəqiq tərkibi fərdi ehtiyaclardan asılıdır( yaş, cins, həyat tərzi, fiziki aktivlik). Hər hansı bir ərzaq növündən 1porsiya yedikdən sonra digər növ qida porsiyası üçün də “yer saxlayın”. Porsiyanın miqdarı və ölçüsü fiziki aktivlikdən (yəni enerji istifadəsindən) asılı olaraq dəyişə bilər. Fiziki iş daha çox qida qəbulu tələb edir.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az