90% insan şabalıdın bu faydasını bilmir - Video



 10:27 09.10.2023     638

Ölkəmizdə şabalıd çərəz və aşqaranın əvəzolunmaz inqridienti kimi məşhurdur.

Şabalıd digər növ çərəzlərdən zəngin tərkibi ilə seçilir. C vitamini, karbohidratlar, fol turşusuna malik olsa da, şabalıdın yağ və kalori dəyəri aşağıdır. Şabalıd mislə zəngindir. Orqanizmdə mis çatışmazlığı hüceyrələrdə sərbəst radikalların daha sürətli hərəkət etmələrinə yol açır. Eyni zamanda, misin istehsalına kömək edən antioksidantların mənimsənilməsini çətinləşdirir. Mis çatışmazlığı selen, dəmir kimi elementlərin səviyyələrinə təsir edir; bunların hamısı orqanizmdə antioksidant aktivliyinin artmasında önəmli rol oynayır.

Hamilələrin və uşaqların sağlamlığına faydalıdır. Tibbi araşdırmaların birində aşkar edilib ki, şabalıdın tərkibindəki maqnezium düşük ehtimalını azaldır. Belə ki, hamiləlik dönəmində rasiona şabalıd daxil etmək ana ilə bərabər, dölün sağlamlığını da dəstəkləyir. Hamilə qadınların məruz qaldığı maqnezium çatışmazlığı uşağın orqanizmində metabolik sindromla nəticələnir. Şabalıddakı mis yeni doğulan uşaqların zehni inkişafında və sümüklərinin böyüməsində olduqca önəmlidir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az