Hər gün 1 dənə yeyin - Nəticəyə inanmayacaqsız - Video



 10:40 09.10.2023     575

Yüksək təzyiq, qan azlığı, həzmsizlik kimi probleminiz varsa, cinsi həyatınızda uğursuzluqlar yaşayırsınızsa, bu problemləri bibərlə həll edə bilərsiniz.

Arxeoloqlar şirin bibərin toxumlarına Meksikada qədim yaşayış məskənlərində rast gəliblər. Xristofor Kolumbun səyahətindən sonra Avropa bu tərəvəzlə tanış olub. İlk vaxtlarda o, cır idi. Sonra mədəni bitki kimi süfrələrimizə yol aldı.

Bolqar bibəri də adlanan şirin bibər çox faydalıdır; tərkibində bol miqdarda minerallar və vitaminlər var. Gündəlik qəbul edilən bibərin ürəyin və həzm sisteminin işini yaxşılaşdırdığı elmi cəhətdən sübut olunub. Həmçinin, anemiyanın və xərçəngin profilaktikasında da faydalıdır. Bolqar bibərinin yan təsirləri, demək olar ki, yoxdur. Hamilə qadınlar belə, onu ürəklə yeyə bilər; bibər döldə sinir sistemi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az