Yaşlı yapon qadın bütün sirri açdı - Yaşıl çaya bunu əlavə etsəz... - Video



 10:51 09.10.2023     547

"Ən uzunömürlü insanlar”ın yaşadığı ölkələr siyahısına, uzun illərdir ki, Yaponiya liderlik edir.

“Günəş ölkəsi”nin hər 4 sakinindən birinin yaşı 65-dən yuxarıdır və onların 60 mini yüzü adlayıb. Gerontoloqlar və qocalma prosesinin tədqiqi ilə məşğul olan alimlər bunun səbəbləri ilə maraqlandılar. Məlum oldu ki, daha az xəstələnmək və daha uzun yaşamaq üçün bəzi qaydalara riayət etmək lazımdır. Yeri gəlmişkən, Yaponiyada bu qaydalar qeyri-adi bir şey deyil- hər kəsin normal yaşamının bir hissəsidir. 

Dünyanın hər yerindən, o cümlədən, Yaponiyadan olan alimlər insan ömrünü uzatmağa imkan verən düsturu dəqiq müəyyən etməyə çalışırlar. Prosesdə genetika xüsusi yer tutur və bununla bağlı heç nə etmək olmaz. Ancaq əksər hallarda ömür uzunluğu həyat tərzi və qidalanma ilə müəyyən edilir. Yaponiyada orta ömür müddəti 84 ildir. Avropanın bəzi inkişaf etmiş ölkələrində də orta ömür müddəti az deyil. ABŞ-yə gəlincə, kifayət qədər yaxşı inkişaf etmiş iqtisadiyyata baxmayaraq, orta ömür müddəti 80 ildir. Yəni ABŞ bu mənada siyahıya alınmış 183 ölkə arasında 30-cu yerdədir. Yaponlar təkcə uzunömürlü deyillər. Onların əsrlər boyu toplanmış təcrübələri qocalıqda da sağlam yaşamağa imkan verir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az