Kesar etsəniz qarın sallanması daha qalıcı olurmu? - Video



 11:09 09.10.2023     508

Qarın bölgəsində sallanma əsasən bir neçə doğuş keçirən qadınlarda və yaxud həddindən artıq kök olub sonradan arıqlamış insanlarda rast gəlinir.

Həm qravitasiya adlanan proses, həm də dəridə olan boşalma nəticəsində "fartuk” adlandırılan sallanma yaranır. Bu zaman qarının ön divarında sallanma müşahidə edilir. qarının iç hissəsində və əzələlərdə genişlənmə olur. Yəni qarının ön düz əzələləri bir-birindən aralanır. Buna elmi dildə diastaz deyilir. Qarını ev şəraitində qısa müddət ərzində necə əritmək olar Qısa müddət dedikdə – bir neçə ay nəzərdə tutulur. Birincisi hamiləlik zamanı böyümüş uşaqlığın normal ölçülərə qayıtması üçün müəyyən zaman tələb olunur. İkincisi, hamiləlik zamanı və doğuşdan sonra hormonal status dəyişmiş olur və aydındır ki, onun normallaşması üçün də müəyyən vaxt tələb olunur. Üçüncüsü, qadına doğuşdan dərhal sonra ağır məşqlər etmək olmaz, bu, uşaqlığın sallanması ilə nəticələnə bilər. Bundan əlavə, doğuşdan sonrakı ilk aylar qanaxma da mümkündür. Buna görə də, səbirli olub addım-addım hərəkət edəcəyik.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az