Məşhur ikili 29 il sonra bir arada...



 19:00 09.10.2023     734

Dünyaca məşhur kanadalı rejissor Ceyms Kemeronun rejissorluğu ilə çəkilmiş "Əsl yalanlar" adlı döyüş və komediya filmində ər-arvad rolunu oynayan Jamie Lee Curtis və Arnold Schwarzenegger xeyriyyə tədbirində bir araya gəliblər.

Demedia.az xəbər verir ki, 1994-cü ildə Fransanın "La Totale" filmindən uyğunlaşdırılmış "True Lies" filmində birlikdə çəkilən avstriyalı aktyor Arnold Şvartsenegger və amerikalı aktyor Ceymi Li Körtis ötən həftə sonu xeyriyyə tədbirində görüşüblər.

64 yaşlı aktrisa Kaliforniyanın keçmiş qubernatoru olan 76 yaşlı həmkarı ilə "After-School All-Stars" qeyri-kommersiya təşkilatının tədbirində sosial şəbəkədə fotolar paylaşıb:

"Bəli, mənim adım İngeborqdur, mən Ştutqartdanam. Dostlarımın paltar geyindiyini və ruhlarını və qəlblərini hərəkətə gətirən səbəblər üçün ortaya çıxmasını sevirəm. Arnold xeyriyyə tədbirlərini sevir və mən də Arnoldu sevirəm".

"Terminator" serialının ulduzu qara köynək və uzun corablara üstünlük verib.

Aysun / Demedia.az