Təşvişə düşən İsrail qüvvələri öz vətəndaşlarını güllələyib
İsrail əsgərləri səhvən İsrail vətəndaşını öldürüb.
Demedia.az xəbər verir ki, Qəzza sərhədi yaxınlığındakı Aşdod şəhərində bir avtomobilə dayanma xəbərdarlığına tabe olmadığı üçün atəş açılıb.
Araşdırmalardan sonra məlum olub ki, açılan atəş nəticəsində ölən şəxs İsrail vətəndaşıdır.
İsrail polisi açıqlama verərək bildirib ki, həmin şəxsə maşını sürətlə sürdüyünə və polisin saxla xəbərdarlığına tabe olması ilə bağlı məlumat verilib. İsrail vətəndaşı buna tapa olmadığı üçün öldürülüb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bahadur Seyidov