İsrail - Fələstin müharibəsində önə çıxan Dəmir Qünbəz nədir?



 15:48 09.10.2023     302

HƏMAS-ın başlatdığı hücum İsraildə şok effekti yaratsa da, bütün dünya İsrailin 10 ildən çox inkişaf etdirdiyi və istifadə etdiyi hava hücumundan müdafiə sistemi olan Dəmir Qünbəz necə zərərsizləşdirildiyini araşdırır.

Demedia.az CNN Türk-ə istinadən  xəbər verir ki, Dəmir Qünbəz İsrailin “Rafael Advanced Defense Systems və Israel Aerospace Industries” şirkəti tərəfindən hazırlanmış portativ hava hücumundan müdafiə sistemidir. 

 Günbəz istənilən hava şəraitində işləyə bilən mobil müdafiə sistemidir. Qurğu 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan və trayektoriyası İsrailin  yaşayış yerlərindən kənara yönələcək qısa mənzilli raketləri və artilleriya mərmilərini tutmaq və məhv etmək üçün nəzərdə tutulub.

Dəmir Qünbəz gecə-gündüz və istənilən hava şəraitində işləmək üçün nəzərdə tutulub. Dəmir Qübbə təhlükəni aşkar edən radar sistemini ehtiva edir. Bu radarlar gələn raketin nə dərəcədə təhlükə törətdiyini müəyyən edir.

Raket yaşayış məntəqələrinə və ya mühüm infrastruktur obyektlərinə yönəldilirsə, onu məhv etmək üçün raket göndərilir. Bu raketlər mobil bölmələrdən və ya sabit nöqtələrdən buraxıla bilər və ya gələn raket havada məhv edilir.

Bahadur Seyidov