Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır



 16:14 09.10.2023     298

Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyi zəlzələ fəlakətində həyatını itirənlərin sayının 2400-ə yüksəldiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Əfqanıstanın Herat əyalətində   baş verən zəlzələlərdə insan tələfatı artır. Yaralıların sayını  9 mini ötüb.

Zəlzələdən zərər çəkmiş kəndlərdə axtarış-xilasetmə işləri davam edərkən, təxminən 1200 nəfərin hələ də dağıntılar altında qaldığı təxmin edilir.

Qeyd edək ki, Əfqanıstanın Zindəcan bölgəsində dünən baş verən 6,3 bal gücündə zəlzələ 13 kənddə böyük dağıntılara səbəb olub, 1320 ev tamamilə dağılıb.

Bahadur Seyidov