Bərbərxanada şok: Hər şey bir anda baş verdi



 23:48 09.10.2023     849

İstanbulun Esenyurt şəhərində bir bərbərdə müştərinin saçı qurudularkən fendən çıxan alov vahimə yaradıb.

Hadisə sentyabrın 19-u, çərşənbə axşamı axşam saatlarında İncirtəpə səmtindəki bərbər dükanında baş verib. Müştərinin saç düzümünü tamamlayıb yuduqdan sonra bərbər fenini işə salıb.

Müştəri saçlarını qurutarkən naməlum səbəbdən fen şnurunda qəfil alışıb. Müştəri və ətrafdakı insanlar qısa müddətli çaxnaşma yaşasa da, bərbər dərhal partlayan maşını yerə qoyub.

Hadisə zamanı xəsarət alan olmasa da, fen maşınının alov alması və qısa müddətli çaxnaşma anları iş yerinin təhlükəsizlik kamerasına düşüb.

Aysun / Demedia.az