“Beşiktaş” azarkeşləri meydana arxa çevirdilər



 17:15 09.10.2023     295

"Beşiktaş" öz meydanında "İstanbulspor"u  qəbul edən zaman azarkeşlərin hərəkəti gündəm olub.

Demedia.az xəbər verir ki, Şenol Günəşin istefasından sonra komandanın başına Burak Yılmaz keçib.

Beşiktaş azarkeşləri sosial şəbəkələrdə paylaşılan paylaşımlarla İstanbulspor matçının ilk 5 dəqiqəsində azarkeşlik etməmək qərarına gəliblər. Matçın başlama fiti ilə tribunalar susub.  Azarkeşlər ilk dəqiqələrdə arxalarını meydançaya çevirərək komandaya reaksiya veriblər.

Qarşılaşmadan əvvəl ağ-qara futbolçular alqışlarla azarkeşlərə tərəf dönərkən, tribunalardan fit səsləri ilə etiraz edilib. “Beşiktaş"ın prezidenti Əhməd Nur Çebi "İstanbulspor" matçını stadiondan izləməyib.

Bahadur Seyidov