UEFA İsraillə bağlı qərar verdi – Bu oyunlar təxirə salındı



 17:25 09.10.2023     303

UEFA İsraildəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsraildə keçirilməsi planlaşdırılan oyunları oktyabrın 17-dək təxirə salıb.

Demedia.az xəbər verir ki, bu barədə  qurum özü məlumat yayıb.

 İsraildə keçirilməsi planlaşdırılan, lakin təxirə salınan matçlar aşağıdakılardır:

2024 Avropa Çempionatının Təsnifat mərhələsi

 12 oktyabr: İsrail-İsveçrə

 2025 UEFA U-21 Avropa Çempionatı

 12 oktyabr: İsrail-Estoniya

 17 oktyabr: İsrail-Almaniya

 2024 UEFA U-17 Avropa Çempionatı

 11 oktyabr - 17 oktyabr: İsrail, Belçika, Cəbəllütariq və Uelsin iştirakı ilə mini turnir.

Bahadur Seyidov