Avtobusda DAVA: Qadın söyüş söydü və... - VİDEO



 22:36 09.10.2023     868

Türkiyədə Sultanqazidə avtobusda çıxan mübahisə zamanı özəl mühafizəçilərdən biri 2 qadın və kişi sərnişini söyüb.

Demedia.az xəbər verir ki, bu vəziyyətdən qəzəblənən digər sərnişinlər qadınların söyüş söyməsinə reaksiya veriblər.

Hadisə dünən saat 11.30 radələrində 36T Cebeci - Taksim xəttində baş verib. İddialara görə, Qazi rayonundan avtobusa minən biri şəxsi mühafizə paltarında olan iki qadınla digər kişi sərnişin arasında naməlum səbəbdən mübahisə düşüb.

Qadınlardan biri mübahisə etdikləri kişini qışqıraraq təhqir etməyə başlayıb. Sonra o biri qadın ayağa qalxaraq “Sən kimsən?” deyə qışqıraraq kişiyə tərəf gedib. Bunun üzərinə kişi sərnişin “Xanım, üstümə yerimə” deyərək reaksiya verib. Bu dəfə qadın sərnişin daha da əsəbiləşərək söyüş söyüb. Avtobusda gedən digər vətəndaşlar söyüşlərə dözə bilməyib və “burda uşaqlar var, kobudluq etməyin, onları çölə atın” deyərək reaksiya veriblər.

Daha ətraflı videoda:

Aysun / Demedia.az