Sərnişinləri yarı yolda düşürdü... - Taksi sürücüsündən şok sözlər



 23:09 09.10.2023     868

Türkiyədə taksidə şok hadisə yaşanıb.

Demedia.az Kağıthanedə taksi sürücüsünün müştəriləri getmək istədikləri xəstəxanaya yarı yolda düşürdüyü iddia edilir. Pişkin taksi sürücüsünün müştərilərə dedikləri şok olub.

Hadisə ötən gün Kağıthane Seyrantəpə məhəlləsində baş verib. İddiaya görə, Duygu Çınar və rəfiqəsi 34 TFR 43 nömrəli taksiyə minərək Seyrantepe Hamidiye Etfal və Araşdırma Xəstəxanasına gediblər. Onlar xəstəxanaya gedərkən taksi sürücüsü qəfildən xəstəxananın təcili yardım otağına gedə bilməyəcəyini deməyə başlayıb və müştəriləri aşağı salmaq istəyib. Bunun üzərinə müştərilərlə taksi sürücüsü arasında mübahisə yaranıb.

İstədiyi yerə getməyin onların haqqı olduğunu deyən müştərilərə cəsarətli taksi sürücüsü “Bilsəydim, sizi aparmazdım. Səndən aldığım pulu yandıracağam. “Yolun bağlı olduğunu deyirəm, başa düşmürsən?” deyə reaksiya verib. Mübahisə böyüdükcə müştərilər istədikləri ünvana çatmamış taksidən düşməli olublar. Müştərilərdən biri həmin anları mobil telefon kamerası ilə lentə alıb.

Aysun / Demedia.az