Myanmada daşqınlar səbəbindən 10 mindən çox insan evlərini tərk edib



 17:20 09.10.2023     300

Myanmanın cənubunda musson yağışlarının yaratdığı daşqınlar səbəbindən 10 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Demedia.az xəbər verir ki, rəsmi dairələrin məlumatına görə, Baqo bölgəsində davam edən yağışlar daşqınlara səbəb olub. İndiyədək daşqınlarda tələfat qeydə alınmayıb.

Myanma Meteorologiya İdarəsi hər kvadrat metrə 200 kiloqram yağıntının düşdüyünü və bunun son 59 ilin ən yüksək göstəricisi olduğunu açıqlayıb.

Bahadur Seyidov