Liviyada silahlı qarşıdurmalar müşahidə edilir



 17:46 09.10.2023     294

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkənin şərqindəki Benqazi şəhərində təhlükəsizlik problemlərinin olduğunu bildirib.

Demedia.az xəbər verir ki, paytaxt Tripolidə keçirilən mülki aviasiya ilə bağlı konfransda danışan Dibeybe bildirib ki, Benqazinin bəzi rayonlarında silahlı qarşıdurmalar müşahidə edilir.

Onun sözlərinə görə, təhlükəsizlik bölmələrinə şəhər sakinlərini qorumaq üçün təlimatlar verilib.

Bahadur Seyidov