İmtahandan kəsildi - Ölümündən 7 saat sonra BEYNİ OĞURLANDI - Einstein nəyi gizlədirdi? - Video



 10:08 10.10.2023     752

Təsəvvür edin ki, siz çox ağıllısınız və beyniniz muzeyə qoyulub.

Albertin 5 yaşı olanda onun həyatında vacib bir hadisə baş verdi. Bir gün atası ona oynamaq üçün kompas uzatdı. Oğlan ilk dəfə belə bir obyekt görürdü və onunla həddindən artıq maraqlandı. İynənin həmişə Yerin maqnit qütbünü göstərməsi onu heyrətləndirirdi. Sonralar tərcümeyi-halında Eynşteyn yazırdı: “Kompasa olan məftunluğum məni dünyada görünməz qüvvələrin hərəkət edə biləcəyi barədə düşünməyə vadar etdi.” O, xatırlayırdı ki, bu, gələcək peşəsini seçməsində mühüm məqam idi. 15 yaşında Eynşteyn artıq diferensial və inteqral hesablamaları mənimsəmişdi. Yeniyetmə vaxtında bəzi bilik sahələrində dahiliyi özünü göstərməyə başlasa da, Albert dil öyrənməkdə çətinlik çəkirdi. O, məktəbi çox sevmirdi, tez-tez “çətin xarakterli məktəbli” kimi təsvir olunurdu. Hətta Eynşteynin isterikasından bezmiş bir müəllim bu oğlanın heç vaxt heç nəyə nail olmayacağını belə, söyləmişdi.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az