Həmas-İsrail qarşıdurmasının 4-cü günü - Hər iki tərəfdə çox saylı ölənlər var



 16:05 10.10.2023     267

HƏMAS və İsrail arasında qarşıdurmalar getdikcə artır.

Demedia.az xəbər verir ki, oktyabrın 7-də  başlayan gərginlik pik həddə çatır.

HƏMAS-ın hərbi qanadı Qəssam Briqadalarının başlatdığı hücumlardan sonra İsraildən əks hücumlar davam edir. Çoxlu sayda İsrail əsgəri və mülki vətəndaş əsir alınsa da, hər iki tərəfdən çoxlu itki və yaralananlar olub.

HƏMAS-ın əməliyyatı nəticəsində İsrail tərəfində ən azı 900 nəfər ölüb, İsrailin Qəzzaya endirdiyi hava hücumlarında isə 704 fələstinli həyatını itirib.

İsrailin Qəzzaya endirdiyi hava hücumunda iki jurnalist həyatını itirib.

İsrailin enerji naziri Yisrael Katz təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağına su axınının kəsildiyini bildirib. Hücumlar zamanı Qəzza zolağında elektrik infrastrukturuna ciddi ziyan dəyib, bölgə qaranlığa qərq olub. İnsanlar elektrik enerjisinə olan tələbatını generatorlarla ödəməyə çalışırlar.

İsrail ordusunun ən azı 72 saat ərzində kifayət qədər qida və su ehtiyatı saxlamaq barədə vətəndaşlarına xəbərdarlığq edib.

Bundan başqa, Livanın cənubunda bəzi vətəndaşlar İsrail ordusu ilə Hizbullahın qarşılıqlı hücumları səbəbindən evlərini tərk etməyə başlayıb.

Bahadur Seyidov