ABŞ-nin 11 vətəndaşı İsraildə həlak oldu
Amerika Birləşmiş Ştatlarının 11 vətəndaşı İsraildə həlak olub.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib.
Sayı dəqiqləşdirilməyən bəzi ABŞ vətəndaşlarının hələ də itkin düşdüyünü bildirən Bayden, bu şəxslərin harada olduğu barədə məlumat almaq üçün İsrail rəsmiləri ilə birlikdə çalışdıqlarını bildirib.
Bayden həmçinin Amerika vətəndaşlarının Həmas tərəfindən girov götürülənlər arasında ola biləcəyini ehtimal edib.
Bahadur Seyidov