İsrail XİN HƏMAS-ı "İranın vəkili" adlandırdı
İsrailin xarici işlər naziri Eli Koen HƏMAS-ın “İranın vəkili” olduğunu bildirib.
Demedia.az xəbər verir ki, Koen bildirib ki, baş verənlərə görə HƏMAS məsuliyyət daşıyır.
XİN rəsmisi həmçinin HƏMAS-İran münasibətlərinə toxunaraq HƏMAS-ın İranın müdafiə etdiyini deyib.
Eli Koen baş verənlər və gələcəkdə atılan addımlarla bağlı danışıb: "Nə edildiyini vaxtı gələndə görəcəyik. Bu, vaxt aparacaq, bir neçə gün çəkməyəcək, çox uzun çəkəcək. Biz hər şeyə icazə verə bilmərik" .
İsrail Silahlı Qüvvələrinin sözçüsü Veys də bildirib ki, İsrailin əsas məqsədi “ölkənin cənub sərhəddini qorumaq, HƏMAS üzvlərinin İsrailə daxil olmasının qarşısını almaq, əsir götürülənləri geri qaytarmaq və HƏMAS-ın hərbi imkanlarını tamamilə məhv etməkdir”.
Bahadur Seyidov