Aİ Fələstinə maliyyə yardımını dayandırmağı düşünür
Avropa İttifaqı (Aİ) Komissiyası Fələstinə edilən maliyyə yardımını nəzərdən keçiriləcəyini bildirib.
Demedia.az xəbər verir ki, İsrail və Fələstin arasında münaqişə başlayandan sonra Fələstinə ayrılan maliyyənin nəzərdən keçiriləcəyini, lakin humanitar yardımın davam etdiriləcəyini bildirib.
Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Cozef Borrell Aİ-nin Fələstinə maliyyə yardımının kəsilməsi tələblərinə qarşı çıxıb: “Avropa Komissiyasının elan etdiyi AB-nin Fələstinə yardımına yenidən baxılması, Komissiyanın mətbuat şərhində deyildiyi kimi vaxtı keçmiş ödənişləri dayandırmayacaq. Bütün Fələstin xalqını cəzalandıracaq şəkildə ödənişlərin dayandırılması Aİ-nin bölgədəki maraqlarına zərər verəcək və terrorçuları daha da həvəsləndirəcək”, - deyə o deyib.
Avropa İttifaqı Komissiyasının Fələstinə maliyyə yardımının sabah keçiriləcək AB Xarici İşlər Nazirləri Toplantısında gündəmə gəlməsi gözlənilir.
Bahadur Seyidov