Cənubi Koreya, Yaponiya və ABŞ Koreya birlikdə təlim keçirir



 16:28 10.10.2023     290

Cənubi Koreya, Yaponiya və ABŞ Koreya yarımadasının cənubunda 7 ildən sonra ilk dəfə birlikdə təlim keçirib.

Demedia.az xəbər verir ki, təlimlər Jeju adasında keçirilir. Bununla da, bu üç ölkə 2016-cı ildən bəri ilk dəfə gəmi qaçaqmalçılığının qarşısının alınmasına yönəlmiş təlimlər keçirib. Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin yazılı açıqlamasın deyilir ki, sözügedən təlim Şimali Koreyanın son nüvə və raket təhdidlərinə qarşı Cənubi Koreya və Yaponiyanın cavab vermə imkanlarını artırıb.

Açıqlamada bildirilir ki, təlim cavab tədbirləri ilə bağlı dəniz təhlükəsizliyi təhdidlərinə qarşı  üçtərəfli əməliyyat imkanlarını inkişaf etdirməyə kömək edəcək.

Bahadur Seyidov