Çin Filippin gəmisinə müdaxilə etdi



 16:52 10.10.2023     306

Çinin Sahil Mühafizəsi Cənubi Çin dənizində Filippinə aid döyüş gəmisini Skarborough Shoal ətrafındakı sulardan çıxardığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Çinin Sahil Mühafizə Komandanlığı "Huangyan adası" adlanan ərazinin yaxınlığında üzən Filippin döyüş gəmisinə müdaxilə edildiyini bildirib. Açıqlamada deyilir ki, Filippin gəmisi çoxsaylı xəbərdarlıqlara baxmayaraq geri dönməyib. Ardınca Çinin Sahil Mühafizəsi qanuna uyğun olaraq gəminin ərazidən çıxarılması üçün lazımi tədbirləri görüb və gəmi geri çəkilmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Skarborough Shoal ətrafındakı ərazilər iki ölkə arasında mübahisəli ərazidir.

Bahadur Seyidov