Fransada polis miqrant düşərgəsini dağıdıb



 17:12 10.10.2023     311

Fransada polis La-Manş sərhədində yerləşən Kale şəhərindəki miqrant düşərgəsini dağıdıb.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat verib. Bildirilir ki, polis 500-dən çox miqrantın yaşadığı Turquerie düşərgəsinə basqın edib. Təhlükəsizlik qüvvələri miqrantları düşərgədən çıxararkən, miqrasiya statusu olmadığı üçün oradakı 21 nəfər təcridxanaya aparılıb.

Polisin açıqlamasına görə, təxliyyə əməliyyatı torpaq sahibinin məhkəməyə müraciətindən və miqrant düşərgəsi başqasına məxsus torpaqda yerləşdiyindən təhlükəsizlik səbəbləri nəzərə alındıqdan sonra həyata keçirilib.

Bahadur Seyidov