Nigerdə olan Fransız hərbçilərin ilk qrupu ölkədən ayrılıb
Nigerdə olan Fransız hərbçilərin ilk qrupu ölkədən ayrılıb.
Demedia.az xəbər verir ki, bu barədə Niger adminstrasiyası məlumat verib. Bildirilib ki, Niger təhlükəsizlik qüvvələrinin nəzarəti altında ilk fransız əsgər qrupu ölkəni tərk etməyə başlayıb. Nigerdə yerləşdirilən təxminən 1400 fransız əsgərindən 400-nün ilkin olaraq ölkəni tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumət Fransa ilə bütün hərbi müqavilələrə xitam verib və fransız əsgərlərinin ölkəni tərk etməsini tələb edib.
Bahadur Seyidov