Yanğından zərər çəkmiş pişiklər üçün ürək masajı və süni tənəffüs...



 21:34 10.10.2023     788

İzmitdə binanın 2-ci mərtəbəsində başlayan yanğın yuxarı mərtəbəyə keçib. Yanğınsöndürənlər çardaqda tüstüdən təsirlənən 4 pişik balasına ürək masajı və süni nəfəs veriblər.

Demedia.az xəbər verir ki, saat 14:00 radələrində Vəliəhməd rayonu Hacı Kasım küçəsində yerləşən 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yanğın baş verib. Yanğının yuxarı mərtəbəyə sıçradığını görənlərin xəbəri ilə ünvana yanğınsöndürənlər, polis və sağlamlıq qrupları sövq edilib. Qruplar yanğını nəzarət altına almaq üçün işə başlayıb

Yanğınsöndürənlər müdaxilə zamanı çardaqda hərəkətsiz vəziyyətdə gördükləri 4 pişik balasını binadan çıxarıblar.

Yanğınsöndürənlərin ürək masajı və süni tənəffüs apardıqları pişik balalarını dəqiqələrlə səy göstərsələr də xilas etmək mümkün olmayıb. Yarım saat ərzində nəzarət altına alınan yanğın binada iki mənzilə ziyan vurub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az