Məktəbdə qalmaqal: Valideyn görün nə etdi... - VİDEO



 23:09 10.10.2023     585

Türkiyədə məktəbdə xoşagəlmə hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Beylikdüzündə intizamsız davranışı səbəbilə idarə heyətinə sövq edilən şagirdin valideyni məktəbə gələrək müəllimlərə hücum edib.

Hücum xəbəri alan 3 müəllim şikayət edərkən, Eğitim Bir-Sən üzvləri hücuma etiraz ediblər.

Beylikdüzündə yerləşən TOKİ Mehmet Akif Ersoy Orta Məktəbində bir neçə şagirdin intizamsız davranışı səbəbiylə Davranışı Qiymətləndirmə Şurası 5 oktyabr Cümə axşamı günü toplanıb. Şagirdlərə qarşı sanksiya tətbiq edilməsinə qərar verilən kollegiya iclasından sonra məktəbə gələn şagirdin valideynləri və yaxınları müəllimlərə hücum edib. Hücum zamanı müəllimlər otağında olan əşyalara ziyan dəyib.

Hadisə zamanı məktəbdəki digər şagird və müəllimlərin panikası təhlükəsizlik kamerasına əks olunub. Hadisədən sonra müəllimlər otağının vəziyyəti cib telefonu kamerası ilə qeydə alınıb. Otaqdakı görüntülərdə kompüter və stulların yerdə olduğu, sənədlərin səpələnmiş olduğu görülüb.

Aysun / Demedia.az