Filter suyu faydalıdır? Ən sağlam su hansıdır? - Video



 10:48 11.10.2023     671

Fikir verirsinizsə, son dönəmlərdə su filterləri dəbə düşüb. Hamı istəyir ki, filtrlənmiş su içsin. Görəsən düzmü edirik?

Krant suyu, filter suyu, bulaq suyu-bunların hər biri fərqlidir və hər birinin içilməsinin üstünlükləri və mənfilikləri də var.

 

Krant suyu da evimizə gəlib çatanadək bəzi filtrasiya prosedurlarına məruz qalır, xlorlanır. Beləcə, bizə gəlib çatan krant suyunda, uzağı, bağırsaq çöplərinə rast gəlinir. Təbii ki, bağırsaq çöpü olan suyu içmək düzgün deyil. Lakin suyun mütəmadi olaraq xlorlanmasına etiraz edərkən bu çöplər haqqında düşünməliyik. Xlor məhz onları məhv etmək məqsədilə istifadə edilir. Təbii filterləmə prosesinə üz tutanlar da var. Başqa ölkələrdə kömürdən, kokos qabığından istifadə edirlər, bizdə isə əksər evlərdə palstik qaba qoyulmuş pambıq filterlər dəbdədir. Bu filtrləmə mexanizmləri nəticəsində bizə gəlib çatan su sağlam su deyil. Bəli, təəccüblənməkdə haqlısınız, amma belədir. Çünki suyun tərkibindəki minerallar da zərərli maddələrə qarışaraq filterin içində qalır; gəlib orqanizmə çatmır. Bulaq suyu filterə ehtiyac duymur; onun təbii filteri var-torpaq. Marketdə satılan bulaq suları ilə bulağın gözündən içilən su arasında fərqi hiss etdiyiniz olub? Səbəb odur ki, həmin bulaq suyu süfrələrimizə gələnədək müəyyən prosedurlara məruz qalır. Yəni bulaq suyunda hansısa mikrob ola bilər, amma təmizlənməyə məruz qalmış bulaq suyunda bunlar olmaz.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az