Ürək qapaq çatışmazlığı - Anadangəlmə ürək qüsurudur? - Video
Mədəciklərin girişində və çıxışında yerləşən və qanın bir istiqamətdə keçməsini təmin edən klapanlar – Ürək qapaqları adlanır.
Qapaqlarda baş verən patologiyalar iki qrupa ayrılır: çatışmazlıq və daralma. Bəzən eyni qapaqda həm daralma həm də çatışmazlıq ola bilir. Ürəyin 4 qapağından hər hansı birinin və ya bir neçəsinin daralması və ya çatışmazlığı ürək qapaqlarının qazanılmış xəstəliklərini əmələ gətirir. Ürək qapaqlarının qazanılmış xəstəlikləri: Mitral çatışmazlıq və ya darlıq Aorta qapaq çatışmazlığı və ya darlığı Üçtaylı qapaq çatışmazlıq və ya darlığı Pulmonar qapaq çatışmazlığı və ya darlığı Yaranma səbəbləri: revmatizm kollagenozlar endokarditlər papillyar əzələ disfunksiyası və destruksiyası.
Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az