Bu ölkə "Hepatit C” xəstəliyinə son qoya bilər
Misirin "Hepatit C”nin aradan qaldırılması istiqamətində “görünməmiş irəliləyiş" əldə etdiyi açıqlanıb.
Demedia.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Misir “Hepatit C” epidemiyasına son qoya bilər.
Misir ölkəsində “Hepatit C”ni son on ildən çox müddətdə 10 faizdən 0,38 faizə endirib. Buna səbəb isə düzgün müalicə üsulları və müasir tibbi avadanlıqlardır.
ÜST-ün məlumatına görə, dünyada 58 milyon insan xroniki “Hepatit C” infeksiyası ilə yaşayır. Dünyada hər 5 nəfərdən 4-ü bu infeksiyaya yoluxur. Müalicə edilmədikdə infeksiya qaraciyər xəstəliyinə və xərçəngə səbəb ola bilər.
Bahadur Seyidov