AB: 150 mindən çox insan Qəzzada yaşayış yerini tərk edib
Avropa Birliyi (AB) İsrail-Qəzza arasında yaşanan son gərginlik zamanı 150 mindən insanın didərgin düşdüyünü bildirib.
Demedia.az xəbər verir ki, bu barədə AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel məlumat verib.
O qeyd edib ki, Qəzzada mülki vətəndaşların itkiləri də artır, humanitar vəziyyət ağırdır: “Dəstəyimizi artırmalıyıq, azaltmaq yox, artırmaq lazımdır".
Borrell saxlanılan şəxslərin azadlığa buraxılması və beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyini vurğuladığını bildirib.
Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından İsrailə hücum olub.Bundan sonra tərəflər arasında gərginlik davam edir. Hər iki tərəfdən itki verir.
Bahadur Seyidov