Argentinanın bu klubunun futbolçuları toplama və çıxmanı bilmir



 16:43 11.10.2023     328

Argentina 1-ci Futbol Liqası komandası "İndependiente"nin baş məşqçisi Karlos Tevez futbolçuları ilə bağlı önəmli açıqlama verib.

Demedi.az xəbər verir ki, o,  komandada 3 futbolçunu  toplama və  çıxma bilmədiklərini bildirib.

“Bu yoxsulluqdur! “Uşağı yedizdirirsən, ona kömək edirsən, amma dərslər... Bu uşaqlar heç bilmirlər ki, hansı müqaviləyə imza atıblar”.

Tevez  bildirib ki, klub həmin  futbolçular üçün müəllim tutub. Hər məşqdən 2 saat sonra təhsil alırlar.

Bahadur Seyidov