Fransada antisemit hadisələrdə iştirak edən 3 nəfər deportasiya edilib



 16:55 11.10.2023     288

Fransanın daxili işlər naziri Gerald Darmanin antisemit hadisələrdə iştirak edən üç əcnəbinin deportasiya edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Darmanin Sarsels şəhərindəki yəhudi məktəbini ziyarət etdikdən sonra mətbuata açıqlama verib. Fransalı nazir məktəblər və sinaqoqlar da daxil olmaqla fransız yəhudilərinin sıx olduğu 500 yerin 10 min polis və jandarm tərəfindən qorunduğunu bildirib.

Darmanin polisin 50-dən çox antisemit hadisəsi müəyyən etdiyini, 20-dən çox adamın saxlandığını və üç əcnəbinin deportasiya edildiyini açıqlayıb.

Bahadur Seyidov