Gənc ana bu fotodan bir həftə sonra dünyasını dəyişdi



 19:00 11.10.2023     742

İzmirdə hamilə olduğu üçün rutin müayinələr üçün xəstəxanaya gedən 28 yaşlı Özlem Serbes eşitmə və görmə problemi yaşadıqdan sonra 18 sentyabr 2023-cü ildə Çiğli rayonundakı özəl xəstəxanalardan birində yenidən həkimə müraciət edib.

Demedia.az xəbər verir ki, müayinələr nəticəsində 35 həftəlik hamilə gənc qadında beyin şişi aşkarlanıb.

Daha sonra həkimlərin planı ilə körpə vaxtından əvvəl doğuşla ana bətnindən götürülüb. Gənc qadın şiş aşkarlandıqdan 1 həftə sonra əməliyyat olunub. Lakin bütün cəhdlərə baxmayaraq, beyin ölümü səbəbindən dünyasını dəyişib.

Özlem Serbesin əri Toqay Serbes (31) ölüm xəbərini alan gənc qadının orqanlarını ailəsi ilə birlikdə bağışlamağa qərar verib. Orqan qrant tələbi qəbul edildikdən sonra orqan transplantasiyası prosesinə start verilib. Orqanları bağışlanan gənc qadın 6 nəfərə ümid verib. Orqanlar müxtəlif əyalətlərdə transplantasiya gözləyən xəstələrə köçürülüb.

Aysun / Demedia.az