Məsciddə içki şüşəsi ilə fotosunu çəkib paylaşdı, sonra isə...



 19:29 11.10.2023     764

Sosial şəbəkədə məsciddə içki şüşəsi ilə foto paylaşan Safa Yasin Ö.-nin (19) cəzası açıqlanıb.

Demedia.az xəbər verir ki, iclasda müdafiə çıxışı edən Sefa Yasin Ö. bunları deyib:

“Məhkəmənizə söz verirəm ki, bundan sonrakı həyatımda sosial mediada belə bir paylaşım bir yana qalsın, normal həyatımda belə şifahi olaraq belə bir paylaşım etməyəcəyəm və heç bir qrupun dini dəyərlərini alçaltmayacağam, hətta onlar azlıqda olsalar belə”.

Anadolu 3-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə məhbus şübhəli Safa Yasin Ö. Audio və Video İnformasiya Sistemi (SEGBİS) ilə əlaqələndirilmişdir. İclasda tərəflərin vəkilləri iştirak ediblər.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyib. Məhkəmə qərarını açıqlayaraq, onun "ictimaiyyətin bir təbəqəsi tərəfindən mənimsənilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək" maddəsi ilə 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Aysun / Demedia.az