Oğruluq girdiyi binada həyatının şokunu yaşadı



 23:48 11.10.2023     663

Çorluda biznesmen iş yerinə müştəri kimi daxil olan oğrunu cinayət başında yaxalayıb.

Demedia.az xəbər verir ki, bundan əsəbləşən dükan sahibi dözməyib xəmir nimçəsini oğrunun başına qoyub.

Təxminən iki həftə əvvəl Çorluda maraqlı oğurluq hadisəsi baş verib. Hadisə bu günlərdə Kazımiye səmtindəki Erdal İnönü küçəsində baş verib. Səhər saatlarında özünü müştəri kimi təqdim edərək iş yerinə gələn şəxs içəridə heç kimi görməyincə kassanı sındırıb. Həmin şəxs seyfdəki pulu pencəyinin cibinə doldurub. Hadisəni işdə olarkən görən tacir Osman Kuyu oğrunu görüb özünü saxlaya bilməyib. Bir anlıq qəzəblənən dükançı xəmir nimçəsini oğrunun başına qoyub. Hadisədən sonra oğru pulu cibinə doldurub və var gücü ilə hadisə yerindən qaçıb. Xəbər üzərinə gələn polis qrupları kameradan tanıdıqları oğrunu tez bir zamanda yaxalayıb.

Şübhəli məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Aysun / Demedia.az