İsrail ordusu Qəzzanı intensiv şəkildə bombalayır



 17:16 11.10.2023     305

Qəzza zolağına hava hücumlarını davam etdirən İsrail ordusu sərhədə yerləşdirilmiş haubitsalarla da bölgəni intensiv şəkildə bombalayır.

Demedia.az xəbər verir ki, İsrail ordusu sərhəd bölgəsinə yerləşdirdiyi çoxlu haubitsalarla Qəzzaya hücumlarını gücləndirib. Haubitsalardan intensiv hücumlar edilərkən, Qəzzada bir çox bölgədən tüstü qalxır. Məlumata görə, İsrail ordusu bölgəyə əlavə qüvvələr cəlb edir.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. İsrail ordusu da cavab verib.

Bahadur Seyidov