İsveçrə parlamenti HƏMAS-ın terror təşkilatı kimi tanınmasını tələb edib



 17:29 11.10.2023     323

İsveçrə parlamenti HƏMAS-ın terror təşkilatı kimi tanınmasını və qadağan edilməsini istəyib.

Demedia.az xəbər verir ki, bu barədə İsveçrə parlamentinin saytında verilən açıqlamada qeyd edilib. Məlumata görə, İsveçrə Milli Şurasının Təhlükəsizlik Siyasəti Komitəsi hökumətə HƏMAS-ı terror təşkilatı kimi qadağan etmək göstərişi verən təklifi yekdilliklə qəbul edib. Açıqlamada deyilir ki, Federal Şuraya HƏMAS-ı terror təşkilatı kimi qadağan edilməsi barədə təklif təqdim edilib.

Qeyd edək ki, İsveçrənin xarici işlər naziri İqnazio Kassis hazırki şərtlərin İsveçrənin HƏMAS-ı terror təşkilatı kimi tanımağa imkan vermədiyini bəyan etmişdi.

Bahadur Seyidov