Yunanıstan Yaxın Şərqdəki vəziyyəti həll etmək plan təklif edib



 17:51 11.10.2023     301

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün beş bənddən ibarət plan təklif edib.

Demedia.az xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyinin İnformasiya Xidməti məlumat verib. Gerapetritis Omanın paytaxtı Maskatda keçirilən Aİ-Körfəz Əməkdaşlıq Şurasının iclasındakı çıxışında bu 5 bəndlik planı təklif edib.

Birincisi, zorakılığın, terrorizmin və qeyri-insani rəftarın yekdilliklə pislənməsi. İkincisi, bütün girovların və oğurlananların dərhal azad edilməsi. Üçüncüsü, mülki şəxslərə qarşı hər hansı aqressiv hərəkətlərə yol verilməməsi. Dördüncüsü, heç bir insanın həyatını itirməməsi üçün humanitar yardım və humanitar dəhlizlərin təmin edilməsidir.

Bahadur Seyidov