Alzheimer xəstəliyi nədir? - Video



 10:33 12.10.2023     422

Alzheimer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir.

Demensiya – zehni funksiyaların itirilməsini izah edən bir sözdür. Buradakı vacib məqam demensiyanın normal zehni inkişafdan sonra bu funksiyaların itirilməsi halında meydana çıxmasıdır. Bu xəstəlik yeni bir xəstəlik olmasa da, ancaq xəstələrin sayı getdikcə artır. Çünki xəstəliklə əlaqəli ən vacib risk faktoru yaşdır və yaşlanma qaçılmaz bir vəziyyətdir. Bu gün 65 yaşdan yuxarı insanlar dünyanın ən sürətli böyüyən yaş qrupunu təşkil edirlər (xüsusən inkişaf etmiş ölkələrdə və sosial cəmiyyətlərdə). Alzheimer xəstəliyi də məhz yaşla birlikdə artmaqdadır (65 yaşdan yuxarı 100 nəfərdən 8-də Alzheimer xəstəliyi var). 21-ci əsrdə təbii, sosial və ya iqtisadi fəlakətlərlə qarşılaşmazsanız, xəstəlik halları daha da artacaqdır.

Nevroloq Leyla Şahbazova "Yaşamaq gözəldir" verilişində qonaq olmuşdur. Mövzu barədə videoda məlumat verib. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az