Qəsdən hücum olsa, NATO  cavab verəcək - Stoltenberq



 14:06 12.10.2023     303

"Əgər bunun NATO-nun kritik infrastrukturuna qəsdən hücum olduğu sübut olunarsa, bu, əlbəttə ki, ciddi vəziyyət olacaq".

Demedia.az xəbər verir ki,  bunu NATO-nun Baş katibi Yens Stoltenberq  bildirib.

Stoltenberq bildirib ki, NATO üzv ölkələr Finlandiya və Estoniya arasında keçən təbii qaz kəmərinə və məlumat kabelinə dəyən ziyanı müzakirə edəcək. Qəsdən hücum sübut olunarsa, "qətiyyətli" cavab verəcək.

Qeyd edək ki,  “Balticconnector” boru kəməri və telekommunikasiya kabelinin operatorlarından biri olan Finlandiyanın Gasgrid şirkəti bazar gününə keçən gecə fırtına zamanı təzyiqin aşağı düşməsi və mümkün sızma qeydə alıb və çərşənbə axşamı xətlərin zədələnməsi təsdiqlənib.

 Finlandiya Milli Təhqiqat Bürosu zədələnmiş boru kəmərinin yanında dəniz dibində "xarici izlərin" aşkar edildiyini və partlayış zamanı ərazidə gəmilərin hərəkətini araşdırdığını bildirib.

Bahadur Seyidov