Qəhvə hazırlamaq başına bəla oldu - Ölkədə güclü yanğın başladı
Argentinada meşədə güclü yanğın başlayıb.
Demedia.az xəbər verir ki, qəhvə içmək istəyən bir 27 yaşlı gənc bilmədən güclü meşə yanğınına səbəb olub. Belə ki o, qəhvə hazırlamaq üçün meşədə tonqal qalayıb. Bu zaman isə yanğın nəzarətdən çıxıb.
Hazırda 1000-ə yaxın yanğınsöndürən yanğını nəzarət altına almağa çalışır. Yanğın ətrafdakı evlərə yaxınlaşdığı üçün əhalinin bir qismi təxliyə edilib.
Bahadur Seyidov